Haqqımızda

Haqqımızda

Parlaq, İnamlı, Karlı, Gələcəyə Doğru

“Kiçik dünyaların böyük işləri” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsi çərçivəsində qalib seçilmişdir. Layihənin idea müəllifi və rəhbəri Talıbova Aytac Yusif qızıdır. Layihənin məqsədi sosial həssas(fiziki məhdudiyyətli) gənclərin asudə vaxtlarını və mövcud potensiallarını dəyərləndirərək yeni biliklər əldə etmələri, sahib olduqları bilik və bacarıqlardan istifadə etməklə qazanc əldə etmələri və onların da, digər gənclər kimi müxtəlif fəaliyyətlərlə məşğul olmaqla uğur əldə edə biləcəkləri ilə bağlı motivasiya etmək üçün əlverişli şərait yaratmaqdır.

Layihə çərçivəsində qurulan sayt vasitəsilə həmin kateqoriyaya aid olan gənclər öz əl işlərini geniş alıcı kütləsinə çatdıraraq qazanc əldə edə bilərlər. Bununla yanaşı, saytın müvafiq bölməsində öz bilik, bacarıq və iş təcrübələrini əks etdirən profil formalaşdıraraq iş tapa bilmək imkanı əldə edə bilərlər. Həmçinin müxtəlif şirkət və müəssisələr də həmin kateqoriyaya aid olan gənclərə uyğun vəzifələr üzrə vakansiyalarla bağlı elanlarını saytın müvafiq bölməsinə yerləşdirə bilərlər.

Yuxarıda qeyd olunanlarla yanaşı, müvafiq kateqoriyaya aid olan şəxslər saytın >>Videomateriallar<< bölməsində yerləşdirilən videoları izləyərək faydalana bilərlər.

Necə PİKG ola bilərəm?

aşağıdakı təlimatlara əməl edərək PİKG ola bilərsiniz

Müraciət

Sayıta daxil olarkən sizi qarşılayan ən üst bölmədən >>Məhsul yerləşdir<< bölməsinə keçid edərək formu doldurun

Məhsul Yerləşdir

Elanlarınınzın dərc olunması üçün müraciətləriniz nəzərdən keçirilərək öz təsdiqin tapacaq.

Elan Dərci

Elanlarınız Moderatorlarımız tərəfindən yoxlanıldıqdan sonra dərc ediləcək.

Pul Qazan

Elan etdiyiniz məhsullar öz alıcılarının tapdıqdan sonra qazanc əldə edə biləcəksiniz.

Bizimlə satmağa hazırsan?

Elədirsə aşağıdakı düyməni sıxıb təlimata uyğun olaraq formu doldurun. Qısa zamanda sizinlə əlaqə saxlanılacaq.

Niyə biz?

Sosial yönümlü layihə olaraq, sosiallaşmanız və qazanc əldə etməyiniz üçün şəraitinizi öz əllərinizlə yaxşılaşdırmaqda əlverişli imkanlar yaradaraq sizə dəstək oluruq.

Yaxşı Nəticə

Məhsullarınızın doğru şəkildə doğru insanlara çatdırılmasına dəstək oluruq.

Yaxşı Gələcək

Bizim dəstəyimizlə qazancağınız məbləğlə daha rahat yaşam əldə edə bilərsiniz.

Dinamik Satış

Satışlarınızda irəliləyiş üçün lazımi texniki dəstək göstərilərək nəticələrə nəzarət etmək.

Dostunuzuq!

Dostluq və səmimiyyətlə işlərinizin böyüməsində yanınızdayıq.

Texniki Dəstək

Texniki dəstək komandamız yarana biləcək çətinliklərinizi həll etmək üçün lazımi dəstəyi göstərməyə hazırdı.

Azərbaycan Gənclər Fondu

Bu sayt Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə yaradılıbdır. Saytda paylaşılan məlumatlara Gənclər Fondu cavabdehlik daşımır.